Yeni il üçün kosmetika

Yeni il üçün kosmetika. Ən yaxşı yeni il hədiyyəsi hansı kosmetika ola bilər? Yeni il özümüzü və sevdiklərimizi dəbdə olan yüksək keyfiyyətli kosmetik vasitələrin köməyi ilə daha da cazibədar edə biləcək və xoş əhval ruhiyyə yaradacaq gözəl bir səbəbdir. Biz sizlərə ən maraqlı və ürəyinizi oxşayacaq 20 hədiyyəni seçib təqdim etmək istəyirik.



Anastasia Beverly Hills dən "That Glow" haylarter dəsti




Haylayter dəstləri artıq bir neçə ildir ki, dəbdədir və milyonlarla qadının ürəklərini fəth etməkdədir.Haylayterli fırçanın bır toxunuşundan üzünüzun dərisi hamarlaşır və gözəl bronz parıltı ilə örtülür. Belə bir hədiyyə hər birinizin ürəyinizcə olacaq.



NYX Highlight Prosessional konturinq dəsti




Bu konturlaşdırma və aydinlaşdırıcı dəstinin özəlliyi ondadır ki, başqa örtücü kosmetik vasitələrin istifadəsinə ehtiyac qalmır. Bu vasitə özündə bronzeri, haylayteri və hər bir rəng tonlu dərini konturlaşdırma üçün pudarnı cəmləşdirmişdir. Gözəl görünüşlü dəst, həm də pulunuza xeyli qənaət edəcək, dəyərli yeni il hədiyyəsi ola bilər.



Taxılma kipriklər Huda Beauty




İlk dəfə Huda Kattan adlı gözəl xanımın tanıtdığı taxılma kipriklər çox keçməmiş gözəllik industiyasında sürətlə məşhurlaşdı. Taxılma kiprikləri hədiyyə etdiyiniz şəxsin heç də öz kipriklərinin olmamasını deyil, onun yeni il üçün seçdiyi gözəl tərzin tamamlanmasının qayğısında olduğunuzu göstərir.



Kylie Cosmetics dən parıltısız(mat) dodaq boyası




Realiti şou ulduzu olan Kayli Cennerin təqdimatında parıltısız dodaq boyası dəbli rəng çalarları, yüksək keyfiyyəti və xoş qoxusu ilə seçilir. Məsləhətlidir, tərəddüd etmədən əldə edin.



The Balm Cosmetics-dən Hude Nude göz kölgəsi dəsti




Hude Nude göz kölgəsindən həm quru, həm də nəm üsulda makiyaj üçün istifadə olunur. Belə funksionallıq və keyfiyyət bu məhsulu hədiyyə kimi həm özünüz, həm də digərləri üçün çox dəyərli edir.



Urban Decay Naked Ultimate Basics kölqə paleti




Dünya byuti bazarlarına nisbətən yeni gəlmiş Urban Decay Naked Ultimate Basics dəsti bir çox xanımların sahibəsinə çevrilmək istədiklərin keyfiyyətli göz boyasıdır. Təmtəraqlı rəng çalarları, bahalı tərtibat və üstün keyfiyyət bu dəstin əsas göstəricisidir.Yeni ilə çox gözəl hədiyyə olmağa layiqdir.



Sleek Solstice haylayteri




Dünya üzrə hər 5 dəqiqə ərzində, bir Solstice haylayter dəstinin satıldığını bilirsinizmi? Bu haylayterin həm krem, həm də ipəyi şimmer teksturalı 4 çaları vardır.  Xəfif çəkilməsi və dolğun piqmentliliyi bir daha bizim bu dəstə olan sevgimizi təsdiqləyir.



Rəngli Solotica linzaları




Dünya üzrə çox müxtəlif rəngli linza istehsalçıları vardir, ancaq məhz Braziliya brendi Soloticanın istehsal etdiyi linzalar zərif cinsin nümayəndələrinin diqqətini cəlb edir. Bu linzaların qüsursuz keyfiyyəti, çox gözəl rəngləri və ən əsası, gözdə tamamilə təbii gorünmə xüsusiyyəti var. Fikrimizcə, Solotica rəngli linzaları hədiyyə axtarışında 100% hədəfə düşməkdir.



Duru haylayter L'oreal True Match Lumi




Yeni il rəngarənglik, burqundi,qırmızı rənglər, həmçinin, parıltı dəbdədir. Keçən il vurğu qaşlara edilirdisə, bu il haylayter (təbii parıltı) dəbdədir. Nə qədər təbii olsa, o qədər yaxşıdır. True Match Lumi seriyasından duru haylayter bu işin öhdəsindən asanlıqla gələcək.


Onlayn almaq


E.l.f. Cosmeticsdən krem boya




Bu qaş boyası mast-have sayılır. Əgər bayram üçün nəzərdə tutulmuş budcə o qədər böyük deyilsə,rahatlıqla bu boyanı hədiyyə kimi seçin.


Onlayn almaq


Konturinq üçün Wet and Wild ikitərəfli stik




Hər birimiz üzün konturinqini müstəqil olaraq etmək istəyirik.Budur, ikitərəfli Wet and Wild stik sizə ev şəraitində vizajistin və plastik cərrahın köməyi olmadan üz cizgilərini korreksiya etməyə kömək edəcək. Özünüz dəyərləndirin və ya əgər hələ istifadə etməyibsə,rəfiqəniz üçün hədiyyə alın.



EOS Dodaq üçün balzam




Yəqin ki, günümüzdə bu balzamı tanımayan xanımlar çox azdır. Balzam maraqlı kürəvari forması və xoş tamı ilə dünyada xeyli qızın ürəyini fəth etmişdir.



Lipland dodaq boyası




Bu dodaq boyası əsil parıltlsız (mat) finişi, yüksək qalıcılığı və inanılmaz gözəl rəngləri ilə məşhurdur. Fikrimizcə,heç bir müasir dəbli qadın bu hədiyyədən imtina etməz.



Catrice HD Liquid Foundation Tonal5 krem




Nisbətən yeni məhsul olmasına baxmayaraq, qısa bir vaxt ərzində xanımların sevimlisinə çevrilmiş Catrice HD Liquid Foundation tonal kreminin keyfiyyətinə müxtəlif yaşda və sosial movqedə olan xanımlar heyran olurlar. Gözoxşayan,keyfiyyətli və qiymətdə münasibdir.


Onlayn almaq


Kokos yağlı Organyx şampun




Bəyaz erqonomik gutuda olan, kokos yağı ilə zəngin və tərkibində kimyəvi zərərli qatqılar olmayan bu şampun Organyx brendinin satış birincisidir. Yaxınınız üçün xoş hədiyyə olacağı şübhəsizdir.



BH Cosmetics Chic Fırça dəsti




Biz xanımlar, makiyaj üçün fırçalara xüsusi maraq göstəririk.Çünki makiyajin qüsursuz olması, həm də düzgün seçilmiş fırçadan da asılıdır. BH Cosmetics dən Chic dəsti 14 müxtəlif fırçadan ibarətdir. Əlbəttə ,hər birimiz bu fırçaların sahibəsi olmaq istəyərdik.



Anastasia Beverly Hills dən mat dodaq boyası




Məşhur vizajist Anastasiya Suarenin təqdim etdiyi mat dodaq boyası, bu brendin digər məhsulları kimi yüksək keyfiyyəti və çoxsaylı rəng çalarlarının olması ilə məşhurdur. Byuti bloqqerlərin,vizajistlərin və selebritilərin sevimlisidir.



Nyx Cosmetics Konturinq üçün stik




Üz formasını ideal şəkilləndirmək üçün konturlaşdırıcı stik Nix kosmetikasını ən çox satılan məhsuludur. Məhsulun dəqiq təsviri krem kimi yumşaq tekstura, asan çəkilməsi və üstün keyfiyyətdir. Bu cür hədiyyədən imtina edən tapılmaz.



Clourpop Cosmetics şimmerli göz kölqəsi




Əvvəldə qeyd etdiyimiz kimi,parlaq və işıltılı rənglərin dəbdə oldugu yeni ildə şimmerli göz boyaları ən yaxşı hədiyyə olacaq. Üstün keyfiyyət və əlverişli qiymət yaxınlarınızı sevindirmək üçün gözəl imkandır.



Lıme Crime mat dodaq boyası




Siyahını yekunlaşıraraq, çoxlarının sevimlisinə çevrilmiş Lime Crime parıltısız dodaq boyasını yada salmaq istərdik. Çox yumşaq, xəfif və yüngül boya hər bir xanıma xoş gəlir. Bu hədiyyəni ürəklə bəxş edin.



Ümidvarıq ki, yazımız xoşunuza gəldi və siz ən yaxşı seçim edib yeni ilə yaxınlarınızı sevindirəcəksiniz!

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо