Üz dərisinin düzgün təmizlənməsi

Bir neçə il bundan qabaq dərinin düzgün təmizlənməsinin vacibliyini az adam bilirdi. Bu gün isə bir çox qulluqedici vasitələrin və məlumatın mövcüdluğuna görə hamımız dərini təmizləmək və qulluq etməyə çalışırıq.

Bir qayda olaraq, dərini gündə iki dəfə təmizləmək lazımdır:

Səhər, çünki gecə vaxtı toz və hava çirkliliyi dərimizə yapışıb qalır, dəri yağ buraxır. Buna görə dərini səhərlər təmizləmək çox vacibdir.


Üz dərisinin düzgün təmizlənməsi


Axşamlar, çünki dərimizi bütün çirklərdən təmizləyirik, məhz makiyaj qalıqlarından və artıq sebumdan azad edirik.

Üz dərisinin düzgün təmizlənməsi


Bu gün sizi son zamanlar sürət qazanan koreya qulluq sistemi ilə tanış etmək istəyirik. Onunla artıq tanışsızsa, sizə ən məşhur məhsullardan danışacayıq.

Beləki, koreya qulluq sistemi bir çox məhsul və mərhələdən ibarət olan çox pilləli proses təşkil edir. Əgər siz ona hazırsınızsa, onda səbirli və pul xərcləməyə hazır olun.


1-ci mərhələ - təmizlənmədir


Onu koreyalılar 3 pilləyə bölür: hidrofil yağı köməyilə təmizlənmə, su bazlı vasitələri ilə təmizlənmə və müntəzəm pilinq.

Hidrofil yağı – möcüzəvi məhsuldur! İlk baxışdan sizdə bu mərhələni buraxmaq fürsətinin ya miselyar su və gel ilə əvəz etmək imkanının təəsüratı yaranacaq. Lakin qeyd etmək istəyərdik ki, yağı yalnız yağla əridirlər! Demək olar kı, bütün kosmetik məhsulların tərkibində yağ olur (tonal krem, konsiler, dodaq boyası və s.), buna görə burada hidrofil yağının rolu çox boyükdür. Dərimiz hər gün yağ buraxır, hansı kı qoruyucu funksiya daşıyır, yağ məsamələrdə yığılır, sərtləşir, qara nöqtələrə və komedonlara dönür. Burada hidrofil yağı köməyimizə gəlir və yağı əridir. Bir qayda olaraq, hidrofil yağı bir neçə yağdan və emulqatordan ibarətdir, hansı kı onu əridib suya döndərir və üzdən asanlıqla aparır.



hialuron turşusu ilə üz təmizləmə yağı

Coxir Ultra Hyaluronic Cleansing Oil hialuron turşusu ilə üz təmizləmə yağı


Dərinin zərif təmizlənməsi üçün Coxir nəmləndirici yağı. Yağ hər dəri tipi üçün yarayır, çünki zərif hipoallergenik özülə malikdir.


Yağlı və Qarışıq Dəri üçün Düyü Ekstraktı ilə Üz Təmizləmə Yağı

The Face Shop Yağlı və Qarışıq Dəri üçün Düyü Ekstraktı ilə Üz Təmizləmə Yağı


Çox yüngül, qidalandırıcı yağ məsamələri dərin təmizləyir. Yağ bb və cc kremi asanlıqla aparır, hətta göz və dodaq makiyajını da silir.


Makiyaj Təmizləmə Kokos Yağı

Nivea Makiyaj Təmizləmə Kokos Yağı


Nivea kokos yağı makiyaj qalıqlarını və dərini təmizləyir. Yağ makiyajı əridir, dərini yumşaldır və hamarlayır.


Makiyaj Təmizləmə Makadamiya Yağı

Nivea Makiyaj Təmizləmə Makadamiya Yağı


Nivea makadamiya yağı makiyaj qalıqlarını və dərini təmizləyir. Yağ makiyajı əridir, dərini yumşaldır və hamarlayır.


Üz üçün Təmizləyici Yağ

Simple Üz üçün Təmizləyici Yağ


A və E vitaminləri, üzüm çəyirdəyi yağı ilə zəngin Simple yağı makiyajı əridir, dərini nəmləndirir, yapışqanlıq hissi buraxmır.



Növbəti pillə - müxtəlif üz yuma gelləriköpükləridir. Onlar yalnız suda ərinən elementləri (tər, çirklər) aparır.



Üz Yuma Geli

Bioderma Sebium Üz Yuma Geli


Bioderma Sebium Foaming Gel üz yuma geli xüsusilə qarışıq və yağlı dərilər üçün hazırlanıb. O, dərini qurutmadan təmizləyir. Məsamələrin örtülməsinin qarşısını alır.


üz təmizləmə geli

Nivea Aqua Sensation üz təmizləmə geli


Xıyar ekstraktı ilə Nivea Aqua Sensation geli dərini təmizləyir, makiyaj qalıqlarını aparır. Nivea Aqua Sensation geli ilə siz təmiz və nəmləndirən dəriyə sahib olacaqsınız.


qara kömürlü üz yuma köpüyü

Esfolio qara kömürlü üz yuma köpüyü


Qara kömürlü Esfolio Pure Skin Charcoal Cleansing üz yuma köpüyü makiyajı silir, məsamələri dərin təmizləyir. Aktivləşdirilmiş kömür toksinləri çixardır, məsamələri təmizləyir.



Birinci mərhələnin son pilləsi pilinqdır. Dərini ölü hüceyrələrdən azad etmək üçün dərini xəsarət etməyən yüngül pilinqdan istifadə etmək lazımdır. Sərt skrablardan istifadə etməyin. Uzun müddətdir bir çox kosmetik şirkətlər dərini xəsarət edə bilən inqrediyentlərdən imtina edib. Həmçinin həftədə 1-2 dəfədən çox olmamaq şərtilə süd ya meyvə turşuları tərkibli maye pilinqdan istifadə edə bilərsiniz.



C Vitamini ilə Maye Pilinq

The Body Shop C Vitamini ilə Maye Pilinq


C vitamini ilə The Body Shop maye pilinqı: dərini təmizləyir, nahamarlıqları və ölü hüceyrələri aparır, Parlaq və sağlam edir.


üz üçün yumurta və ilbiz soku əsasında hazırlanmış pilinq-skrab

Cellio üz üçün yumurta və ilbiz soku əsasında hazırlanmış pilinq-skrab


Yumurta və ilbiz soku əsasında hazırlanmış Cellio pilinq-skrabı ikiqat təsirə malikdir: mikrohissəciklərlə təmizləmə, ölü hüceyrələri aparır.


üz üçün pilinq gel

Cafe Mimi üz üçün pilinq gel "aha-turşular"


Cafe Mimi geli ölü hüceyrələri aparan qüsursuz təmizləyici vasitədir. AHA-turşular dərini əla təmizləyir, kollageni stimullaşdırır, dərini elastik edir.


Grapefruit Üz Skrabı

Neutrogena Visibly Clear Pink Grapefruit Üz Skrabı


Neutrogena Visibly Clear Pink Grapefruit skrabı Microclear unikal texnologiyasına görə məsamələrin dərin təmizlənməsini təmin edir, ləkələri və nahamarlıqları aparır.



2-ci mərhələ - pH-n normallaşdırılmasıdır


Üz yuma məhsulun növündən asılı olmayaraq, dərimizin pH-ı həmişə dəyişilir. Dərimiz gah daha yağlı, gah daha çox qurumağa başlayır. pH-ı normallaşdırmaq üçün tonerdən istifadə etməliyik. Bu vasitə dərini əla nəmləndirir və dərini nəm saxlayır. Gündə 2 dəfə - səhər-axşam istifadə olunur.



dərinin yenilənməsi üçün peptid ilə toner

Coxir Intensive EGF Peptide Toner dərinin yenilənməsi üçün peptid ilə toner


Intensive EGF Peptide Toner - EGF və peptidlərlə cavanlaşdırıcı tonerdir, hansı ki yaşlı dərinin qulluğu üçün əla əlavə ola bilər.


Təmizləyici Losyon Qara Nöqtələrə qarşı

Clean and Clear Təmizləyici Losyon Qara Nöqtələrə qarşı


Təmizləyici losyon, dərini effektiv şəkildə təmizləmək və qara nöqtələrə səbəb olan problemləri aradan qaldırmaq üçün xüsusi olaraq hazırlanmışdır.


Dərini Təmizləyən və Məsamələri Daraldan Vasitə

Secret Key Dərini Təmizləyən və Məsamələri Daraldan Vasitə


Secret Key Black Out Pore Clean Remover vasitəsi artıq yağlılığı aparır, məsamələri təmizləyir, ölü hüceyrələri aparır, dərini yeniləyir.



3-cü mərhələ - nəmləndirmədir


Dərinin nəmləndirilməsi çox lazımlı mərhələdir. Qeyd edək ki, dərinin nəmləndirilməsi həm quru, həm yağlı dəri sahibləri üçün vacibdir. Quru dəri yaxşı nəmləndirilmədikdə daha çox quruyur, yağlı dəri isə daha çox yağlanır.

Nəmləndirici dərinizə uyğun seçilməlidir. Dəriniz iltihaba ya akneyə meyillidirsə daha yüngül birini seçin.



E Vitamini ilə Nəmləndirici Krem

SebaMed E Vitamini ilə Nəmləndirici Krem


SebaMed kremi dərini nəmləndirir, E vitamini ilə zənginləşdirir. Həssas dəri üçün yarayır.


Üz üçün Nəmləndirici Losyon

Neutrogena Hydro Boost Üz üçün Nəmləndirici Losyon SPF 25


Neutrogena Hydro Boost City Shield SPF 25 losyonu dərini nəmləndirir, dərini ultrafioletdən və çirklərdən qoruyur.


Nar Ekstraktı ilə Nəmləndirici Üz Kremi

Sephora Nar Ekstraktı ilə Nəmləndirici Üz Kremi


Nar ekstraktı ilə Sephora kremi dərini əla nəmləndirir və dəri tonunu bərabərləşdirir.


Kollagen və Yaşıl Çay ilə Üz Kremi

Lebelage Kollagen və Yaşıl Çay ilə Üz Kremi


Kollagen və yaşıl çay ekstraktı dəridəki hüceyrələri mikroelementlərlə zənginləşdirir və yenilənmə prosessini aktivləşdirir.



4-cü mərhələ - qulluqdur


Hər özünə hörmət edən qadın qulluqedici maskalardan istifadə etməlidir.

Dəriniz qurudur? Görüşə tələsirsiniz, dəriniz isə solğundur? Uzun uçuşdan sonra samolyotdan düşmüsünüz? Onda maskalar köməyinizə tələsir.



Üz üçün Maska

Sephora Üz üçün Maska "Yaşıl Gil: Təmizləmə, Dəri Qüsurlarına Qarşı"


Problemli, qarışıq və yağlı dəriyə əla köməkçi, Fransız mütəxəssislərin peşəkar qrupundan "Yaşıl Gil: Təmizləmə, Dəri Qüsurlarına Qarşı" maskası məsamələrin dərin təmizlənməsini təmin edir.


Üz üçün Nəmləndirici Gecə Maskası

Tony Moly Üz üçün Nəmləndirici Gecə Maskası


Tony Moly yuyulmayan gecə maskası - koreyalarla hazırlanmış və minlərlə qadın tərəfindən bəyənilən məhsuldur.


üz üçün cavanlaşdırıcı qızıl soyulan maska

Elizavecca üz üçün cavanlaşdırıcı qızıl soyulan maska


Elizavecca maskası üzdə quruyur, məsamələri təmizləyir, artıq yağlanmağı, ölü hüceyrələri aparır, dərini təmizləyir və hamarlayır.


Üz üçün Alginat Maska-Kokteyl Sakitləşdirici

Dr.Jart+ Üz üçün Alginat Maska-Kokteyl Sakitləşdirici


Dr.Jar+ Shake and Shot Rubber Soothing Mask - gülməli və rahat alginat maskalar dərini aktiv elementlərlə zənginləşdirir, sağlam və canlı edir.


Üz üçün Təmizləyici Gil Maskası

Neutrogena Skin Detox Üz üçün Təmizləyici Gil Maskası


Neutrogena Skin Detox gil maskası dərini əla təmizləyir, yağlılığı aparır, məsamələri təmizləyir. Maska qlikol turşusu ilə zəngindir, hansı kı komedonların əmələ gəlməsinin qarşısını alır.


Ani nəticə gözləyirsinizsə, parça maskalarından istifadə edin, uzun müddətli nəticə gözlənildikdə tübikda olan maskalardan istifadə edin.


Müəllif: Nigar Əsgərova

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо