Bir neçə on illər bundan öncə xanımlar, nəinki konsilerlərin mövcudluğunu zənn edə bilər hətta onların kosmetik vasitələr arasında nə qədər mühüm əhəmiyyətə malik olmalarını belə təsəvvür edə bilməzdilər. Əfsuslar olsun ki, hər bir qadın üz dərisinin hamarlığı ilə öyünə bilmir. Belə ki, istifadə etdiyimiz tonal kremlər gözaltı tünd halqalar və yorğunluqdan əmələ gələn izlər, sızanaqlar, akne, qızartılar, damarlar, mimik qırışlar, piqment ləkələrin ödəsindən gələ bilmir və bu da bir çox hallarda əhavalımızın pozulmasına gətirib çıxarır. Nə yaxşı ki, müasir həyatda biz, büdcə və lyuks konsiler növlərinin günü gündən artdığını müşahidə etmiş oluruq.
Müasir konsilerlər nəinki mükəmməl örtücü xüsusiyyətlərə malikdir, hətta üzdə mövcud olan problemli sahələrin müalicəsində mühüm rol oyanyır.
Top-7 Büdcənizə uyğun konsiler
Əziz xanımlar, beləliklə biz, üz dərisində olan istənilən qüsurun öhdəsindən gələ biləcək Top-7 büdcə konsilerini diqqətinizə təqdim edirik:
7. e.l.f. HD Lifting Concealer
Ən aşağı büdcəli amerikan brendi, e.l.f. Cosmetics tərəfindən təqdim olunan bu konsiler nəinki mükəmməl örtük yaratma xüsusiyyətinə malikdir, həm də üz dərisini tez bir zamanda asanlıqla lifting edir. Özünün əsas tərkib hissələri olan C vitamin və yaşıl çay ekstraktı sayəsində konsiler üz dərisinin dartılmasını təmin edərək ona cavanlıq təravəti və parlaqlığı qaytarır.
Online almaq
6. Essence 16H Stay All Day Concealer
Artıq bir neçə ildir ki, bu konsiler yer kürəsində yaşayan xanımların seçimində şübhəsiz, müstəsna liderdir. Konsiler seyrək teksturaya və yüngül örtüm xüsusiyyətlərinə malikdir. Yüngül makiyaj sevən xanımlar üçün idealdır. Üz dərisinə asanlıqla yayılır və maska effekti yaratmır.
Online almaq
5. Maybelline Fit Me Concealer
Konsiler gözaltı tünd halqaları ideal şəkildə gizlədir. A vitamin ilə zəngin olan formula istifadədə rahat applikatoru ilə asanlıqla yayılır və hər dəri tonu ilə uyğunlaşır.
Online almaq
4. Essence Camouflage Concealer
Adından görsəndiyi kimi bu konsiler olduqca sıx krem teksturuna malikdir. Bunun sayəsində o, üzdə olan böyük problemlərin belə öhdəsindən gələ bilir. Bu konsilerin yeganə mənfi cəhəti məhdud rəng çalarlarında təqdim olunmasıdır. Bununla belə bir çox Avropa ölkələri üçün sözügedən rəng çalarları kifayət edir.
Online almaq
3. L.A. Girl Pro-Concealer
Olduqca cavan amerikan brendi, L.A. Girl Cosmetics istehsalı olan konsiler ildırım sürəti ilə dünya byuti-bazarına şığıdı və bu gün onun haqqında heç olmasa bir dəfə eşitməyən xanıma rast gəlmək olduqca çətindir. Konsiler olduqca zəngin çeşidli rəng çalarlarında təqdim olunur və özünün mükəmməl gizlətmə xüsusiyətindən savayı üzün kontur olunmasını təmin edir.
Online almaq
2. Rimmel Wake Me Up Concealer
Britaniya istehsalı Rimmel London konsilerı gözaltı yorğunluq və stress izlərini aparır. Tərkibində olan C vitamini və mirvari parıltısı gözətrafındakı dərini ağardır və qara ləkələri gizlədir. Quru dərili xanımlar üçün ideal tapıntıdır!
Online almaq
1. Maybelline Age Rewind Concealer
Müasir kosmetikanın ən dəbli konsileri nəinki gənc, eləcə də, yetkin yaşda olan xanımlar arasında qısa zamanda böyük rəğbət qazanmışdır. Konsiler ucunda olan yumşaq puf vasitəsilə bir qayda olaraq təkcə göz altına deyil, eləcə də, üzün digər sahələrinə yayılır. Daha çox normal və yağlanmaya meyilli dəriyə uyğundur.
Online almaq