İstifadəçi sazişi
BODYCARE MMC
Bu «İstifadəçi sazişi» sənədi «BODYCARE» Məhdud məsuliyyətli cəmiyyətinin aşağıda göstərilən şərtlərlə müqavilə bağlamaq təklifidir.
1. Ümumi müddəalar
1.1. Hazırkı sənəddə və Tərəflərin ondan irəli gələn və yaxud onunla bağlı münasibətlərində aşağıdakı terminlər və anlayışlardan istifadə olunur:
a. Saziş – bütün əlavələr, dəyişikliklərlə və bu sənəddə göstərilən zəruri sənədlərlə bir yerdə hazırkı sənəd, həmçinin onun əsasında bağlanan müqavilə.
b. İstifadəçi – bu Sazişə qoşulmuş öz marağından və ya təmsil etdiyi hüquqi şəxsin adından və yaxud maraqlarından çıxış edən anlaqlı fiziki şəxs.
c. Sayt / Saytlar – internet şəbəkəsində aşağıdakı domenlərdə (aldomenlər də daxil olmaqla) şəbəkə ünvanları ilə daxil olmaq mümkün olan avtomatlaşdırılmış informasiya sistemlərindən istənilən biri: https://www.bodycare.az
d. Mobil tətbiq – Qurğuda yüklənib istifadə olunmaq üçün nəzərdə tutulmuş, İstifadəçiyə bu əlaqədən istifadə edərək Servisə daxil olmağa imkan verən EHM üçün proqram.
e. Tətbiq – Qurğunun informasiya məqsədlərində istifadə olunması ilə Servisə daxil olmağa imkan vermək üçün nəzərdə tutulan EHM üçün proqramlar və ya məlumatlar bazası, o cümlədən Sayt və Mobil tətbiq.
f. Qurğu – Tətbiq və/və ya Servisi funksional təyinatı üzrə istifadə etməyə imkan verən fərdi kompüter, planşet, mobil telefon, kommunikator, smartfon və digər qurğu.
g. Servis – İstifadəçiyə Tətbiqin istifadəsi ilə təqdim olunan xidmətlər kompleksi.
h. Kontent – şəkillər, mətn, audio və videomateriallar, həmçinin müəliif və (və ya) qarışıq hüquqlarının digər obyektləri, eləcə də bu kateqoriyaya aid olmayan istənilən xarakterli məlumat və xəbərlər.
i. Hesab – İstifadəçinin Tətbiqdə qeydiyyatdan keçəndən və/ və ya daxil olduqdan sonra giriş əldə etdiyi Tətbiqin fərdi bölməsi. Hesab İstifadəçinin fərdi məlumatlarını saxlamaq, Tətbiqin mümkün funksional imkanlarına baxmaq və onları idarə etmək, həmçinin Tətbiqin istifadəsinin müvafiq şərtlərini nəzərdən keçirmək üçün nəzərdə tutulub.
1.2. Bu Sazişdə Sazişin 1.1. maddəsində göstərilməyən terminlərdən və anlayışlardan istifadə oluna bilər. Bu halda həmin termin Sazişin mətninə uyğun olaraq izah olunur. Terminin birmənalı izahının və ya mənasının Saziş mətnində və Saziş şərtlərini təşkil edən digər sənədlərdə olmaması halında onun aşağıdakı hallarda müəyyən olunmuş izahını əsas götürmək lazımdır: birinci növbədə - Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən izah, daha sonra – işgüzar dövriyyədə və elmi doktrinada qəbul olunmuş ənənəyə uyğun.
1.3. Sizin tərəfinizdən Tətbiqdən və/və ya onun əsasında təqdim olunan Servisdən istənilən üsulla və istənilən formada onların elan olunan funksional imkanları çərçivəsində istifadəyə aşağıdakılar daxildir:
- saytda qeydiyyatdan keçmək və hesab açmaq;
- saytda yerləşdirilən materiallara baxmaq;
- saytın təqdim etdiyi məhsulları almaq;
- bonus proqramlarında, konfranslarda iştirak
1.4. Bu Sazişlə və onda göstərilən zəruri sənədlərlə Tətbiqlərdən istifadə olunmasının əsas şərtləri, həmçinin onların istənilən inkişafı və/və ya yeni funksional imkanların əlavə olunması müəyyən olunur.
1.5. Tətbiqdən istifadənin və onun əsasında Servis göstərilməsinin mütləq şərti İstifadəçi tərəfindən qeyd-şərtsiz aşağıdakı sənədlərdəki (Saziş mətnində "zəruri səndələr") şərtlərin qəbul edilməsidir:
1.5.1. Saytın və eyniadlı Mobil tətbiqin sözügedən Saytın səhifələrində yerləşdirilmiş və Sayt və onunla bağlı olan Tətbiqin funksional imkanlarından istifadə şərtlərini tənzimləyən qaydalarının;
1.5.2. İnternet şəbəkəsində yerləşdirilmiş və/və ya https://bodycare.az/privacy-policy ünvanında olan Məxfilik siyasətinin;
1.6. Servislərin göstərilməsi bu Sazişin «BODYCARE» tərəfindən ona aid olan saytlarda dərc olunmuş və müəyyən Servisdən istifadənin xüsusiyyətlərini tənzimləyə bilən müddəalarına uyğun olaraq nizamlanır.
1.7. Saziş, ona aid olan zəruri səndələr də daxil olmaqla, «BODYCARE» tərəfindən xəbərdarlıq edilmədən dəyişirilə bilər. Sazişin və/və ya ona daxil olan zəruri sənədlərin yeni mətni əgər yeni redaksiyada digər hallar nəzərdə tutulmayıbsa, Saytda yerləşdiriləndən və yaxud İstifadəçinin nəzərinə digər əlverişli formada çatdırılandan sonra qüvvəyə minir.
1.8. 1.3. müddəasında göstərilən istənilən imkandan istifadə etməklə siz təsdiq edirsiniz ki:
a) Tətbiqdən və ya onun əsasında təqdim olunan Servisdən istifadəyə başlamazdan əvvəl hazırkı Saziş və ona daxil olan Tərəflər üçün zəruri olan sənədlərin şərtləri ilə tam həcmdə tanış olmusunuz.
b) Hazırkı Saziş və ona daxil olan Tərəflər üçün zəruri olan sənədlərin bütün şərtlərini tərəfinizdən hansısa məhdudlaşdırma və istisna olmadan tam olaraq qəbul edirsiniz və onlara əməl etməyə, əks halda isə Servisdən imtina etməyi öhdənizə götürürsünüz. Əgər siz hazırkı Saziş və ona daxil olan Tərəflər üçün zəruri olan sənədlərin şərtləri ilə razı deyilsinizsə və yaxud onların əsasında müqavilə bağlamağa ixtiyarınız yoxdursa, onda dərhal Tətbiqdən və ya onun əsasında təqdim olunan Servisdən istifadəyə son qoymalısınız.
1.10. Sazişin qüvvədə olan mətni bu ünvandadır: https://www.bodycare.az/terms
2. Tətbiqdən istifadənin ümumi şərtləri
2.1. Tətbiqə açıq şəkildə yerləşdirilmiş kontentə baxmış İstifadəçinin mütləq qeydiyyatını və ya daxil olmasını tələb etmir.
2.2. Tətbiqin Servisdən istifadə də daxil olmaqla funksional imkanlarının istənilən digər tətbiq olunması, «BODYCARE» tərəfindən müəyyən olunmuş qaydalara görə yalnız İstifadəçi qeydiyyatdan keçdikdən və daxil olduqdan sonra mümkündür.
2.3. İstifadəsi qeydiyyat və/və ya daxil olma tələb edən Tətbiqin funksional imkanlarının, həmçinin Servislərdən istifadə üçün zəruri hallarda əlavə qəbul edilməli sənədlərin siyahısı «BODYCARE»nin öz qərarı ilə müəyyən edilir və zamanla dəyişə bilər.
2.4. Qeydiyyat proseduru başa çatdıqdan sonra İstifadəçinin Təbiqdəki Hesabı ilə bağlı unikal qeydiyyat səhifəsi yaradılır. O Tətbiqlərin və onların əsasında yaradılan Servislərin funksional imkanlarının İstifadəçinin hansısa Tətbiqdə ayrıca qeydiyyatdan keçməsinə ehtiyac olmadan yararlana bilməsi üçündür.
2.5. Qeydiyyatdan keçmək üçün İstifadəçi qeydiyyat formasında verilən suallara tam və dürüst cavab verməli və bu məlumatların aktual olmasını təmin etməlidir. Əgər İstifadəçi doğru məlumat təqdim etmirsə və ya «BODYCARE»nin İstifadəçinin verdiyi məlumatın tam və ya dürüst olmasına şübhələnmək üçün əsası varsa, «BODYCARE»nin öz qərarı ilə İstifadəçinin qeydiyyatını bloklamak və ya ləğv etmək, həmçinin İstifadəçinin Tətbiqdən və onunla bağlı Servislərdən istifadə etmək hüqüqunu tam və ya qismən məhdudlaşdırmaq ixtiyarı var.
2.6. «BODYCARE» istənilən vaxt İstifadəçidən qeydiyyat zamanı göstərdiyi məlumatları təsdiqləməyi və bununla bağlı təsdiqləyici sənədlər (məsələn, şəxsiyyəti təsdiq edən sənədləri) verməyi tələb etmək hüququnu özündə saxlayır. Bu sənədlərin verilməməsi «BODYCARE»nin qərarı ilə yanlış məlumat verilməsinə bərabər tutula bilər və Sazişin 2.5. maddəsindəki nəticələrə səbəb ola bilər. Əgər İstifadəçinin təqdim etdiyi sənədlərdəki məlumatları qeydiyyat zamanı göstərilən məlumatlara uyğun gəlmirsə, həmçinin qeydiyyat zamanı göstərilən məlumatlar İstifadəçini müəyyən etməyə imkan vermirsə, «BODYCARE» Sazişin 2.5 maddəsində göstərilən tədbirləri həyata keçirmək hüququna malikdir.
2.7. Qeydiyyatda və ya İstifadəçinin hesabında İstifadəçi barəsində olan məlumat «BODYCARE» tərəfindən Məxfilik siyasətinə uyğun olaraq qorunur və istifadə olunur.
2.8. Qeydiyyat zamanı İstifadəçi Hesaba daxil olmaq üçün sərbəst şəkildə özünə istifadəçi adı (İstifadəçinin hesabı üçün unikal simvol adı) və şifrə seçir. Şifrənin sonradan dəyişdirilməsi İstifadəçinin Hesabında təqdim olunmuş Tətbiqin proqram vasitələrindən istifadə olunmaqla həyata keçirilir. «BODYCARE» müəyyən istifadəçi adlarından istifadəni qadağan etmək, həmçinin istifadəçi adı və şifrəyə tələblər (uzunluq, icazə verilən simvollar və s.) qoymaq hüququna malikdir.
2.9. Qeydiyyatdan keçmiş İstifadəçi sərbəst şəkildə Hesabdan və müvafiq Servisin istifadə şərtləri daxil olmaqla Tətbiqin digər funksional imkanlarından istifadə qaydasını müəyyənləşdirir. Bu qaydalar heç bir halda cari Sazişlə və əlavə sənədlərdəki müddəalarla ziddiyyər təşkil edə bilməz.
2.10. İstifadəçi tərəfindən istifadəçi adı və şifrənin istifadə olunmasının qaydası və nəticəsi bu Sazişin 6-cı bölməsində müəyyən edilib.
3. Tətbiqdən istifadədə məhdudiyyətlər
Bu Sazişin şərtlərini qəbul edərkən siz başa düşürsünüz və razılaşırsınız ki:
3.1. «BODYCARE» bütün və ya müəyyən kateqoriya İstifadəçilər (İstifadəçinin yerindən, Servisin təqdim olunduğu dildən və s. asılı olaraq) üçün Tətbiqin və ona əsaslanan Servislərin istifadəsinə, o cümlədən: bəzi funksiyaların mövcudluğuna, məlumatların saxlanılmasının müddətinə, yüklənən informasiyanın xüsusi parametrlərinə və s. limitlər və məhdudiyyətlər qoya bilər.
Qoyulmuş məhdudiyyətlər barədə məlumatlar İstifadəçilərin nəzərinə «BODYCARE»nin qərarına əsasən müəyyən edilən üsul və formada çatdırılacaq.
3.2. özünü başqa biri və ya ixtiyarı olmadan digər təşkilatın və/və ya cəmiyyətin nümayəndəsi, o cümlədən «BODYCARE»nin əməkdaşı kimi qələmə vermək, həmçinin internet şəbəkəsində digər şəxslərin qeyri-qanuni təmsilçiliyinin istənilən digər forma və üsullarından istifadə etmək, istifadəçilərə və ya «BODYCARE»yə hər hansı subyekt və ya obyektlərin xüsusiyyət və özəllikləri barədə yanlış məlumat vermək;
3.3. qanunvericiliyə, və ya hər hansı müqavilə münasibətlərinə əsasən hüququ olmadan Kontent yükləmək, göndərmək, ötürmək və ya istənilən digər üsulla yerləşdirmək və/və ya yaymaq;
3.4. xüsusi şəkildə icazə verilməmiş reklam məlumatını, spamı (o cümlədən axtarış), başqalarının elektron ünvanlarını, çoxsəviyyəli (şəbəkə) marketinqinin "piramida" sxemlərini, internet qazanc və e-mail biznesləri, "xoşbəxtlik məktublarını", yükləmək, göndərmək, ötürmək və ya istənilən digər üsulla yerləşdirmək və/və ya yaymaq, həmçinin Tətbiqləri bu tədbirlərdə iştirak üçün istifadə etmək;
3.5. Tətbiqlərin normal işini pozmaq;
3.6. Sazişlə nəzərdə tutulmuş məhdudiyyət və qadağanların pozulmasına yönəlik hərəkətlərə yardım etmək;
3.7. Bu Sazişin və/və ya qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda, «BODYCARE» İstifadəçinin hesabını bağlaya və ya bloklamaq, həmçinin hesabın istifadə olunması ilə müəyyən Tətbiqlərə və/və ya Servislərə girişi qadağan etmək, həmçinin İstifadəçinin hesabında göstərdiyi istənilən məlumatı və ya yerləşdirdiyi kontenti xəbərdarlıq etmədən silmək hüququna malikdir.
4. İntellektual hüquqlar
4.1. Tətbiqlərin köməyi ilə istifadə edilə bilən bütün obyektlər, o cümlədən, dizayn elementləri, mətn, qrafik təsvirlər, şəkillər, videolar, məlumat bazaları, musiqilər, səslər və digər obyektlər «BODYCARE»nin müstəsna hüquqlarına daxil olan obyektlərdir.
4.2. «BODYCARE» İstifadəçiyə Tətbiqdən onun ümumi funksional imkanları çərçivəsində istifadə etmək imkanı hüququ verir.
4.3. Tətbiqdən digər üsullarla, o cümlədən, Tətbiqdə yerləşdirilmiş Kontentin , həmçinin Tətbiqin tərkibinə daxil olan dizayn elemenləri, məlumat bazasının surətinin çıxarılması (təkrarlanması) yolu ilə istifadə, onların dekompilyasiyası, yenilənməsi və bunun ardınca yayılması, ictimai nümayiş etdirmə, hamının nəzərinə çatdırılması bu Sazişdə digər hallar nəzərdə tutulmayıbsa, qəti qadağandır.
4.4. İstifadəçi Tətbiqin (İstifadəçinin Tətbiqin köməyi ilə giriş əldə etdiyi Kontent də daxil olmaqla) hər hansı bir hissəsini yenidən yaratmaq, təkrar etmək, surətini çıxarmaq, satmaq, həmçinin kommersiya məqsədi ilə istifadə etmək hüququna malik deyil.
4.5. İstifadəçi tərəfindən Tətbiqlərdən, həmçinin onlarda yerləşdirilmiş Kontentdən şəxsi qeyri-kommersiya məqsədləri üçün istifadə olunması bütün müəllif hüquqları, müştərək hüquqlar işarələrinin, əmtəə nişanlarının və müəlliflik barədə digər bildirişlərin saxlanması halında mümkündür.
4.6. Tətbiqlərdə internet şəbəkəsindəki saytların (üçüncü şəxslərin saytları) linkləri ola bilər. Sözügedən üçüncü şəxslər və onların kontentləri «BODYCARE» tərəfindən bu və ya digər tələblərə uyğunluq baxımından (dəqiqlik, hərtərəflilik, qanunilik və s.) yoxlanılmır. «BODYCARE» Tətbiqlərdən istifadə edərkən İstifadəçinin üçüncü şəxslərin saytlarında qarşılaşdığı istənilən məlumat və məqalələrə, həmçinin elə saytlara və malumatlara girişin sərbəst olmasına və istifadə olunanda İstifadəçi üçün yaratdığı nəticələrə görə məsuliyyət daşımır.
4.7. Tətbiqlər çərçivəsində yerləşdirilmiş istənilən saytın, məhsulun, xidmətin, istənilən kommersiya və qeyri-kommersiya xarakterli məlumatın linki (istənilən formada), bu məhsulların (xidmətlərin, fəaliyyətin) «BODYCARE»nin açıq şəkildə bunu bildirdiyi hallar istisna olmaqla, «BODYCARE» tərəfindən təqdir olunması və tövsiiyə edilməsi anlamına gəlmir.
5. Bildirişlər
5.1. «BODYCARE» İstifadəçinin Hesabında göstərilmiş elektron ünvanına Tətbiq çərçivəsində baş verən vacib hadisələr və ya onunla bağlı məlumat xarakterli məktublar (bundan sonra "notifikatorlar") göndərmək hüququna malikdir.
5.2. Notifikatorlardan həm də İstifadəçini Tətbiqə və/və ya Servisə profilaktik işlər, İstifadəçinin qayda pozuntuları, Tətbiqin funksionalının dəyişməsi, Sazişin, mütləq və əlavə sənədlərin dəyişməsi də daxil olmaqla Servisin məzmunu və ya göstərilmə şərtlərinin dəyişməsi ilə bağlı giriş məhdudiyyəti qoyulması barədə məlumatlandırmaq üçün istifadə edilə bilər.
5.3. «BODYCARE» öz qərarına əsasən öz xidmətlərinin və üçüncü şəxslərin məhsullarının (xidmətlərinin) reklamlarının yayılması üçün notifikatorlardan istifadə etmək hüququna malikdir.
6. Yekun müddəalar
6.1. Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir. Bu Sazişlə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həll olunmalıdır. Bu Sazişlə tənzimlənən münasibətlərdən irəli gələn bütün mümkün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyində təsbit olunmuş qaydada həll olunurlar.
6.2. Əgər bu və ya digər səbəblərdən bu Sazişin bir və yaxud bir neçə müddəası etibarsız və ya qanuni qüvvədən düşmüş sayılarsa, bu Sazişin digər maddələrinin etibarlılığına və ya qanuni qüvvədə olmasına təsir göstərmir.
6.3. İstifadəçi və ya digər İstifadəçilər tərəfindən Sazişin müddəalarının pozulması halında «BODYCARE» tərəfindən fəaliyyətsizlik «BODYCARE»ni sonradan öz maraqlarını qorumaq naminə müvafiq hərəkətlər etmək hüququndan məhrum etmir, həmçinin «BODYCARE»nin gələcəkdə analoji və ya oxşar pozuntular baş verdikdə öz hüquqlarından imtina etməsi anlamına gəlmir.
6.4. Saziş üzrə və onunla bağlı bütün mübahisələrə Azərbaycan Respublikasının qüvvədə olan prosesual hüququna əsaən «BODYCARE»nin yerləşdiyi ərazi üzrə məhkəmədə baxılmalıdır.
6.5. Bu Saziş rus dilində tərtib olunub və bəzi hallarda İstifadəçiyə tanış olmaq üçün başqa dildə təqdim oluna bilər. Sazişin rus dilindəki versiyası ilə başqa dildəki versiyası arasında fərq olduqda bu Sazişin rus dilindəki versiyasının müddəaları tətbiq olunur.