Sızanaq tipini müəyyənləşdirmək və dəriyə uyğun məhsul necə tapmaq olar

Akneyə gəldikdə: bilik gücdür. Akneyə meyilli dərini sakitləşdirmək üçün ən yaxşı yol – dərinizə uyğun inqrediyentlərdən ibarət olan düzgün məhsulların seçilməsidir. Lakin bilməli olduğunuz başqa bir vacib məqam - bir çox insanın düşünmədiyi - fərqli müalicəyə ehtiyacı olan sızanaq tipləridir.


MÜNTƏZƏM SIZANAQLAR


MÜNTƏZƏM SIZANAQLAR


Beləliklə, ilk növbədə sızanaqlar. Ən çox rast gəlinən sızanaq bir saç follikulunun ölü dəri hüceyrələri və sebumu ilə blok olunması zamanı əmələ gəlir. Bu, qara nöqtələr, komedonlar və kistik sızanaqlara (onlardan biz daha sonra danışacağıq) dönə bilən sızanaqlara aparır.

Hormonal sızanaqlar barədə tez-tez eşidirik, amma belə bir tibbi termin yoxdur. Bunlar hormonal dəyişikliklər səbəbiylə ən çox miqdarda sebumun sərbəst buraxılması səbəbindən müntəzəm olaraq əmələ gələn ümumi sızanaqlardır.

Dəriniz təsvirə uyğun gəlirsə, onda ona düzgün qulluq etməyə başlamalısınız. Dərinin həddən artıq qurudulmasının sebumun daha çox ifraz olunmasına səbəb olduğunu xatırlamaq vacibdir, buna görə dərini yüngül məhsullarla nəmləndirməyə çalışın (hialuron turşusu, asiya sentellası tərkibli serumu və ya bir gel özülü məhsullar). AHA, BHA turşularından istifadə edin. Sızanaqları bütün üzünüzə yaya biləcək sərt skrablardan imtina edin.



KİSTİK SIZANAQLAR


KİSTİK SIZANAQLAR


Kistik sızanaqlar dəriyə dərindən nüfuz edən və tıxanan məsamələrin içində oturan bir infeksiyadır. Belə sızanaqların öz qabığı var, qırmızı iltihablı bir görünüşü var. Kistik sızanaqların adi ilə fərqi ondadır ki, onlar bir kist kimi, aradan qaldırıldıqdan sonra yenidən əmələ gələ bilər.

Beləliklə, kistik sızanaqla mübarizədə yenə turşular kömək edəcək: qlikolik, laktik, sitrik və ya salisilik, bu da öz növbəsində antibakterialdır.



GÖBƏLƏKCİK SIZANAQLARI


GÖBƏLƏKCİK SIZANAQLARI


Növbəti növ göbələkcik sızanaqlarıdır. Ən nadir sızanaq növlərindən biri sayılır. Dermatoloqların fikrincə, göbələk sızanaqları yağ əsaslı məhsulların tez-tez istifadəsi səbəbindən əmələ gəlir və bu da dərimizin qoruyucu səddinin pozulmasına səbəb olur. Belə sızanaqlar salisilik turşusu ilə və ya həkim köməyi ilə müalicə olunur.


ROZASEYA


РОЗАЦЕЯ


Sızanaqların ən ağrılı növü çəhrayı sızanaqlardır (və ya rozaseya).

Rozaseya, dəridə iltihab və qızartı deməkdir. Stress, yüksək qızdırma və ya alkoqolun təsiri altında əmələ gələ bilər.

Çəhrayı sızanaqlar ilə adi arasındakı fərq, alnın və ağızın ortasında görünən qırmızı qabıqlardır. Heç bir halda rozaseyanı adi vasitələrlə müalicə etməyin, əgər bunlar əmələ gəlibsə dərhal həkimə müraciət edin. Məsələn, ümumi sızanaqlara kömək edə bilən laktik turşusu, rozaseya ilə dərini quruda bilər və dərinin qoruyucu səddini ciddi şəkildə zədələyə bilər.

Sızanaqdan əziyyət çəkirsinizsə, təklif etdiyimiz məhsullardan istifadə edə bilərsiniz və ya bir dermatoloqa müraciət edə bilərsiniz.



Müəllif: Nigar Əsgərova

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо