Uzun müddət gənc və gözəl qalmaq üçün biz qızları hansı maskalardan istifadə etmirik? Və həmin məqamda biz əksər hallarda gülməli görünürük, lakin gözəllik buna dəyər. Bu gün biz üzün təmizlənməsi üçün ən effektiv vasitə kimi qara maskaların faydasından danışacağıq. Siz niyə məhz qara deyə soruşa bilərsiniz. Ona görə ki məhz qara maska qara nöqtələrə, sızanaqlara, civzələrə və piy tıxaclarına qarşı daha yaxşı mübarizə aparan komponentlərlə zəngindir.
Black Mask - Qara nöqtələrə və sızanaqlara qarşı maska
Qara maskanın qeyri-adiliyi onun həqiqətən qara rəngdə olmasındadır. Bu kosmetik vasitənin kimyəvi tərkibi ilə bağlıdır. Bu ad altında üç aktiv inqrediyent gizlənir. Onlar dərini gözəl təmizləyici xüsusiyyətləri ilə fərqlənirlər. Lakin onların əsas piqmenti qaradır. Günümüzdə üz üçün ən populyar qara maskalar bunlardır:
kosmetik gil ilə;
aktivləşdirilmiş kömür ilə
müalicəvi palçıqlarla
Onların arasında daha populyarı qara gil ilə maskadır. Onlar daha yumşaq və plastikdirlər, asanlıqla vurulurlar və silinirlər. Ən effektib olaraq isə aktivləşdirilimiş kömürlə maskalar sayılırlar. Lakin onlar dartılma effektinə görə ən mürəkkəbdirlər. Amma qara maskaların bütün qüsurları onların fantastik effektivliyi ilə asanlıqla yox edilir.
Qara maskanın faydaları barədə
- qara maska hüceyrə metabolizminə təsir edərək müxtəlif mübadilə proseslərini aktivləşdirir;
- hüceyrələrə faydalı mineralları verərərk, toksin və şlakları udur;
- üz konturunu tarım edir, buxaqdan yaxanızı qurtarır;
- problemli və yağlı dəriyə əla qulluq edir;
- sızanaq və civzələrin sayını azaldır;
- qıcıqlanmanı sakitləşdirir;
- üz rəngini yaxşılaşdırır;
- şişkinliyi götürür;
- dəriyə təravət və gümrahlıq bəxş edir