Maska nə üçündür və nə işə yarayır?

Üz üçün maska ən faydalı komponentlərdən ibarət olan əlavə qulluq sayılır. Maskalar birbaşa problemə öz təsirini göstərir və ən tez və effektiv şəkildə problemi aradan qaldırır. Qeyd edək ki, tək maska zəif işləyir, buna görə ona köməkçilər lazım olur – kremlər, serumlar, pilinqlar, toniklər. Bu məhsulları bir yerdə istifadə eləsəniz, daha yaxşı nəticəyə çatacaqsınız.


Чем полезны маски для лица?

Maskalar nə dərəcədə faydalıdır?

Akne, piqmentasiya, gözaltı tünd ləkələri problemi ilə rastlaşanda dəri tipinizə uyğun maska yox, məqsədə uyğun birini seçin. Maskalar öz funksiyasına və konsistensiyaya görə bölünür.


Öz funksiyasına görə üz maskaları:


Təmizləyici maskalar

Təmizləyici maskalar dərinin dərin təmizlənməsi üçün nəzərdə tutulub. Belə maskalar dərini makiyaj qalıqlarından təmizləyir, qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Quru və normal dərilər üçün həftədə 1 dəfə, yağlı dərilər üçün həftədə 1-2 dəfə istifadə olunması tövsiyyə olunur.


Nəmləndirici maskalar

Nəmləndirici maskalar – tipdən asılı olmayaraq hər dərinin nəmə ehtiyacı var. Belə maskalar həftədə 1-2 dəfə istifadə olunur və dərini nəm saxlayır.


Anti-iltihabi maskalar

Anti-iltihabi maskalar – yağlı və problemli dəriyə qulluq deməkdir. Belə maskaların tərkibində, bir qayda olaraq, salisil turşusu, meyvə turşuları, qara kömür, gil ya asiya sentellası olur, hansı kı öz anti-iltihabi xüsusiyyətlərinə görə tanınıb.


Məsamələri daraldan maskalar

Məsamələri daraldan maskalar – genişlənmiş məsamələrdən əziyyət çəkənlər üçün əsl tapıntıdır. Belə maskaların arasında ən məşhur olan gil maskalarıdır. Bildiyimiz kimi, gil məsamələri daraldır və kiçildir.


Qidalandırıcı maskalar

Qidalandırıcı maskalar ən çox yaşlı dərilər üçün yarayır.


Ağardıcı maskalar

Ağardıcı maskalar piqment ləkələrin və postakne izlərinin aparılması üçün istifadə olunur.


Sakitləşdirici maskalar

Sakitləşdirici maskalar, bir qayda olaraq, həssas dərilər üçün istifadə olunur.



Konsistensiyaya görə üz maskaları:


Krem özülü maskalar

Krem özülü maskalar quru, həssas dəri ya soyuq mövsüm üçün daha çox yarayır. Onlar yumşaldıcı komponentlərdən, dərini yumşaq və nəm edən yağlar və nəmləndiricilərdən ibarətdir.


Gel özülü maskalar

Gel özülü maskalar yağlı və iltihaba meyilli dəri üçün yarayır, çünki daha yüngül və yağsız olur, məsamələrə dolmur. Belə maskalar dərini nəmləndiriri və canlandırır.


Alginat maskaları

Alginat maskaları yaşlı dəri üçün yarayır. Onlar dərini əla nəmləndirir, dartır və hamarlayır. Bu maskaların əsas xüsusiyyəti ondadır kı, onları su ilə yumaq ya pambıqla silmək ehtiyac olmur.


Kollagen maskaları

Kollagen maskaları – hamımız bilirik ki, vaxt keçdikcə dərimizdə olan kollagen azalır. Onu lazımi səviyyədə saxlamaq üçün kollagen maskaları köməyimizə gəlir. Onlar qırışlarla mübarizə aparır və dərini nəmləndirir.


Parça maskaları

Parça maskaları – ekspress variantdır. Belə maskalar aktiv komponentlərlə zəngindir və ani nəticə göstərir. Onu su ilə yumaq lazım deyil.



Maskalar necə istifadə edilməli?


Maskalar necə istifadə edilməli?


Maskanı yalnız təmiz dəriyə qoymaq lazımdır. İstifadə etməmişdən qabaq dərinizi makiyaj qalıqlarından təmizləyin, sonra tonik ya losyonla silin.

Daha yaxşı nəticə almaq üçün parça və krem özülü maskanı serum ya krem üstünə çəkin. Təmizləyici maskanı isə təmiz dəriyə çəkin.


Maska neçə yaşından istifadə oluna bilər?


Когда начинать пользоваться масками?


Maskaların istifadəsinə neçə yaşından başlayacağını tez-tez düşünürük. Maskaların istifadəsində hər hansı məhdudiyyət varmı?

Əmin ola bilərsiniz ki, maskalardan gənc yaşınızdan istifadə edə bilərsiniz. Əgər maskanın tərkibində allergik olmağınıza səbəb ola biləcək elementlər yoxdursa, onlardan zərər birmənalı olmayacaqdır.

Əsas həddini bilmək və düzgün istifadə etməkdir. Dərinizdən zövq alsanız da, maskadan hər gün istifadə etməyin, çünki bu halda o əks-təsir göstərə bilər.

Qırış, akne, səpqilərin əmələ gəlməsini gözləməyin, onların qarşısını almaq üçün maskalardan istifadə etməyə başlayın.


Müəllif: Nigar Əsgərova

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо