İlin 6 ən dəbli must-have-ləri (trendləri)

Gözəllik qızın həyatının vacib hissələrindən biridir. Bir qayda olaraq, biz qızlar cazibədar və cəlbedici qalmaq üçün həmişə dəyişmək istəyirik. Xoşbəxtlikdən, kosmetika şirkətləri bizə darıxmağa imkan vermirlər və həmişə yenilikləri ilə bizi sevindirirlər. Necə deyərlər, kosmetika artıq olmur. Lakin bu gün biz hər bir qızın gözəllik keysinin ən dəbli trendləri (must have) barədə danışacağıq.



Sleek Cream Contour Kit




Məşhur Britaniya brendi olan Sleek tərəfindən bu yaxınlarda buraxılmış krem kontur paleti ilə başlayaq. Palet uğurla özündə aydınlatma üçün 2 açıq rəng və üzün cizgilənməsi üçün 4 rəngi birləşdirib. Bu paletin üstünlüyü ondadır ki, o özündə olan bütün rəngləri əlverişli şəkiləd uyğunlaşdırmağa imkan verir. Palet qiyməti elə də baha deyil, ona görə də mütləq hər bir qızda olmalıdır.




Maybelline Master Contour V-Shape Duo Stick




Maybelline şirkəti bu yaxınlarda bizi üzün konturlanması üçün yeni əlverişli qələmlə sevindirdi. Qeyd etmək lazımdır ki, yolda və ya işdə makiyaj etmək həvəskarları üçün bu vasitə əsl tapıntıdır. Əlverişli formaya malikdir, çox yer tutmur və özündə iki - tünd və açıq çaları gözəl birləşdirərək, beləliklə başqa kosmetik vasitələrin vurulmasına olan ehtiyacı aradan qaldırır.




NYX Shine Killer Primer




Bütün zəruri vasitələriniz var? Peşakar makiyaj etmisiniz? Makiyajdan ötrü xeyli əziyyət çəkdiyiniz halda arzuolunmaz yağlı parıltını üzdə görmək necə də xoşagəlməzdir. Burada bizim köməyimizə hamımızın sevimlisi olan NYX Shine Killer praymeri gəlir. Yağlı və qarışıq dərisi olanlar üçün bu praymer əsl tapıntı və bütün problemlərin həllidir. Praymer yalnız üzdəki yağlı parıltını götürmür, həm də tonal kreminizin ömrünü uzadır.




Anastasia Beverly Hills Dipbrow Pomade




Bütün təbii vasitələrin erası çatıb. Sap qaşlar və nəzərəçarpan qaş tatyajı zövqsüzlüyün göstəricisinə çevrilib. Üzdə bu cür "fəaliyyət" nəinki sizi gözəlləşdirməyəcək, əksinə daha da yaşlı görünəcəksiniz. Əgər siz hələ də bunu etmək fikrindəsinizsə, onda bu fikri unutmağı və tez bir zamanda Anastasia Beverly Hills qaş boyası əldə etməyi məssləhət görürük. Boya yumşaq özülə malikdir. Onun sayəsində boya asanlıqla vurlur və qaşlarda tez quruyur. Əbəs yerə dünyanın ən məşhur bloggerləri və vizajistləri onu sevmirlər.



L’Oreal True Match Lumi Liquid Glow Illuminator




Aydınlatıcı üzün qüsurlarını gizlətmək və üstün cəhətlərini vurğulamaq istəuən istənilən qızın kosmetika çantasında əvəzedilməz məhsuldur. O həm kiçik qırışların gizlədilməsi, həm də dəriyə sağlam parıltı verilməsinə yarayır. Sizin diqqətinizə L’Oreal-dan True Match Lumi seriyasından yeni maye aydınlatıcını təqdim edirik. O üz gözəl rəngdə təqdim olunub: qızılı, çəhrayı və soyuq. Bu aydınlatıcının üstünlüyü ondadır ki, o hər bir dəri rəngi üçün ideal uyğun gəlir. Onunla siz həmişə heyranedici görünəcəksiniz!



Benefit Hoola Matte Bronzer




Dərinizin qaralmış qalmasını istəyirsiniz, lakin qaralma getdikcə azalır? Kefnizi pozmayın! Bunun üçün bizdə hamının xoşuna gələn və qısa vaxtda bestsellerə çevrilmiş Benefit-in mat bronzeri var. Onunla üzü konturlamaq və ona yüngül qaralma effekti vermək asandır. Onu yanaqlarınıza, alnınıza və çiyninizə vurub əminliklə gəzintiyə çıxa bilərsiniz!

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо