Gözəl görünüş üçün 10 "must have" əşya

Dünyaca çox alınan dəbli əşyalar artıq bizdə. Marağınıza səbəb olacaq ən məşhur və lazımi 10 aksesuarı sizin üçün seçib ayırmışıq.




1. SiliSponge Blender Makiyaj üçün Silikon Sponj


SiliSponge Blender Makiyaj üçün Silikon Sponj

SiliSponge Blender silikon sponj byuti bazarlarına yeni gəlməsinə baxmayaraq, dunya üzrə milyonlarca qadının ürəyini fəth etmişdir. Maraqlanacaqsınız ki, niyə, özəlliyi nədir? Birincisi, yumşaq silikondan düzəldildiyi üçün toxunmanı praktiki olaraq hissedilməz edir. İkincisi, hamar səthli olması kosmetik vasitənin qalıqlarının sponj üzərində yapışıb qalmasına imkan vermir. Müəyyən qədər kosmetik kremi sponj vasitəsilə üzünüzə çəkin və buyurun, gözəl nəticə-qüsursuz örtmə və bütün gün boyu ideal makiyaj təmin olunmuşdur.



2. Adoby daban yumşaldıcı Silikon corab


daban yumşaldıcı Silikon corab

Adoby Silikon corabının yüngül və səthinin çox hamar olması gecə boyunca istifadə zamanı cüzi də olsun diskomfort yaratmır. Silikon corablar vurduğunuz kremlə bərabər dabanlarınızı kobud və qurumuş dəridən xilas edəcək, dabanlarınız körpə dərisi kimi yumşaq olacaq.



3. Fırçaları təmizləmək üçün Make Up Silikon daraq


Fırçaları təmizləmək üçün Make Up Silikon daraq

Münasib formalı silikon daraq firçaları makiyaj qalıqlarından rahatlıqla təmizləməyə imkan verir. Darağın nahamar səthi fırçanın qarşısında maneələr yaradir və beləliklə kosmetik vasitənin qalıqları silinmiş olur.



4. Gözdə oxları çəkmək üçün Make Up Trafaret


Gözdə oxları çəkmək üçün Make Up Trafaret

Hər bir qız gözlərə səliqəli və gözəl ox formalı naxışları çəkməyi bacarmaq istəyir. Bəs səliqəli alınmırsa? Xüsusi olaraq hazırlanmış trafaret düzgün oxu çəkməyə kömək edir. Trafaret vasitəsilə bir neçə növ naxışı asanlıqla çəkə bilərsiniz.



5. Qara ləkələrə qarşı Make Up silikon yastıqcıq


Qara ləkələrə qarşı Make Up silikon yastıqcıq

Vaxtaşırı üzümüzdə müxtəlif səbəblərdən sızanaqlar və civzələr əmələ gəlmiş olur. Ev şəraitində dərini qara civzələrdən azad etməkdə və qüsursuz gorünməkdə bizə dişcikli silikon daraq kömək edəcək. Təmizləyici vasitədən az bir miqdar darağın üzərinə çəkin və üz dərisinə sürtün.Nəticəni tez bir vaxtda görəcəksiniz.



6. Ayaq barmaqlarının mühafizəsi üçün Adoby Ortopedik corab


Ortopedik corab

Çox zaman narahat olduğu üçün xoşladığımız ayaqqabını ya geyinə, ya da ata bilmirik. İndi bu problemin rahat həll üsulu vardır. Silikon corablar asan geyilir və ayaqda çox rahat hiss edilir. Sevimli ayaqqabınızı sevə-sevə geyinin.



7. Kiprikləri burmaq üçün Make Up maşa


Kiprikləri burmaq üçün Make Up maşa

Hər bir müasir qadınının kiprikburan maşası olmalıdır. Maşa kipriklərinizi buracaq və onlara zərif görüntü verəcək. Tuşsuz da gözəl kipriklərin sahibəsi olacaqsınız.



8. Mink 3D Hair taxılma kıpriklər


taxılma kıpriklər

Gozəl baxış və səliqəli makiyaj bizə uğuru təmin edir. Seyrək və qısa kiprik problemi ilə rastlaşdıqda müxtəlif yağ və serumlardan istifadə üçün hər zaman vaxt olmur. Bunun üçün köməyimizə taxma kipriklər gəlir. Mink 3D taxma kipriklər baxışı təbii saxlayaraq gözlərinizə daha gözəl görüntü verəcək.Təbii tükdən düzəldildiyinə görə sizə uzun müddət və əks təsirsiz qulluq edəcək.



9. Taxma kipriklər üçün Make Up Pinset


Taxma kipriklər üçün Make Up Pinset

Bu xüsusi pinset taxılma kiprikləri öz kipriklərinizə rahatlıqla yapışdırmaq üçündür. Yapışqanı düzgün vurmaq, kipriyi düzgün taxmaq üçün Make Up pinsetindən istifadə edin. Həmçinin bu alətlə kiprikdən yapışqanın qalıqlarını götürə biləcəksiniz ki ,kipriklərə zərər verməsin.



10. Civzə və sızanaqları təmizləmək üçün Adoby kosmetoloji çubuq


kosmetoloji çubuq

Professional kosmetoloqların istifadə etdiyi alətlərdən biri məhz kosmetoloji çubuqdur. Üzün təmizlənməsini ev şəraitində etmək üçün sadəcə təmizləyici vasitə və bu kosmetoloji çubuq lazımdır. Bax belə!



Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо