5 ən yaxşı tonal vasitə

Tonal krem istənilən makiyajın əsas tərkib hissəsidir. Dəb həvəskarlarının çoxu ondan hər səhər istifadə edir və onlardan ötrü bu byuti-keysin zəruri atributudur. Tonal krem seçimi ciddi işdir, çünki hamımız bilirik ki, bu yalnız maskalayıcı deyil, həm də qulluq edici kosmetik vasitədir. Biz bu çətin məsələdən baş çıxarmağa çalışdıq və sizə ən yaxşı tonal vasitələrin ilk beşliyinin təqdim edirik:




Urban Decay All Nighter Liquid Foundation




Birincilik yeni, lakin özünə geniş auditoriya qazanmış Urban Decay All Nighter Liquid Foundation tonal kreminə məxsusdur. Yüngül yağlı olmayan özülə baxmayaraq, krem üzü yaxşı maskalayır, mat effekti yaradır və uzun müddət qalır. Bundan əlavə, o yağsız, parabensiz, yəni "endokrin dağıdıcılar"sızdır. Bu isə kiçik amil deyil. Qulluq vasitəsi kimi krem dərini əla nəmləndirir və ona qulluq edir.





Make Up Forever Ultra HD Foundation




Bu tonal krem xüsusən də düzgün vurulma zamanı bütün gözləntiləri qabaqlayır. Dəri səthini əla bərabərləşdirir, maskalayır və bütün qüsurları tamamilə örtür. Bu kremin Ultra HD effekti fotoşop effekti verir, eyni zamanda həm kamera qarşısında, həm də real həyatda demək olar ki, görünməzdir. Qulluq vasitəsi kimi kremin tərkibindəki hialuron ideal nımlənməyə və dərinin gənc qalmasına səbəb olur.



Urban Decay Naked Skin Foundation




Bu tonal kremin çəkisiz formulu qüsurları silir, dəriyə yayğın rəng verir və buz zaman tamamilə görünməz qalır. İşiğı yayan hissəciklərin sayəsində Naked Skin tonal kremi dərinin qüsurlarını aradan qaldırır, ona yarımmat effekt verir. Qulluq effekti kimi krem tərkibindəki peptid, yaşıl çay və E vitamininin sayəsndə liftinq effekti təsiri göstərir. Onlar dərini uzun müddət gənc, elastiki və tarım saxlayan kollagen istehsal edirlər.





L’Oreal True Match Super-Blendable Makeup




L’Oreal True Match Super-Blendable Makeup tonal kremi dərinin rənginə tam uyğunlaşaraq ideal nəticə verir. Tərkibində yağ və ətirləndiricilər yoxdur, ona görə də məsamələri təmiz saxlayır. Dəri təmiz, parlaq və möhtəşəm görünür. Krem A və C vitaminləri ilə zəngindir, buna görə də dərini sağlam saxlayır və qoruyur.





Nars Sheer Glow Foundation




Məşhur vizajist və blohherlərin sevimli tonal kremi çoxdan sadə insanların ürəklərini fəth edib. Nars Sheer Glow Foundation üzdə təbii, parlaq effekt yaradır. Qüsurları ideal şəkildə gizlədir və dəri rəngini bərabərləşdirir. Qulluq vasitəsi kimi tonal krem dərini qidalandırır və nəmləndirir, məsamələri və qırışları kiçildir.

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо