Mezoroller (dermaroller) - dərinin gəncləşdirilməsi üçün alət.

Hər bir qadın sağlam üz rəngi, qırışlarsız və çapıqlarsız gənc elastiki dəri arzulayır, var gücü ilə cavanlıq və gözəlliyini qorumağa çalışır. Lakin yaş ötdükcə dəri elastikliyini itirir və fərqli prosedurlardan (botoks, mezoterapiya) ötrü kosmetoloq ziyarətləri qaçılmaz olur. Bu prosedurlar çox da xoşagələn və ucuz deyillər, onlara çox vaxt sərf olunur. 



Mezoroller (Dermaroller ™) nədir və o necə işləyir



Elm bir yerdə dayanmır və qadınların köməyinə müasir kosmetologiya və estetik səhiyyədə əsl irəliləyiş olan mezoroller  (dermaroller) gəlir. Bu yeni alət mikroskopik polad (qiymətli metallar - qızıl, titan, platin, gümüş də əlavə olunur) iynələri olan diyircəkdir. Mezorollerin köməyi ilə çapıqların, çatların müalicəsi, qırışlaırn yox edilməsi, keçəlləşmənin və yüksək piqmentləşmənin müalicəsi mümkün olub. Nazik mikroiynələr dərini deşərək onun özünübərpa prosesini və dəridə kollagen əmələ gəlməsini stimullaşdırırlar, həmçinin gəncləşdirici serum və kokteyllərin dərinin alt qatlarına daha yaxşı keçə bilməsi üçün mikrokanallar yaradırlar. 


Mezoroller dərini zədələməyərək onun incə və ehtiyatlı stimullaşmasını təmin edir. Onun fəaliyyət prinsipi elədir ki, epidermal təbəqə salamat qalır, bütün yaralar isə bir neçə saatın içində bağlanır. Mezorollerin proseduru tamamilə zərərsizdir və yan risqləri mövcud deyil. 


Ev şəraitində necə istifadə etməli



Mezorollerin effekti

  • hüceyrə bölünməsi güclənir;
  • kollagen və alstin zülalları hazırlayan fibroblastlar aktivləşir –üz dərisi yumşaq və elastiki olur;
  • dərinin təbii nəmlənməsi yaxşılaşır;
  • üzdəki məsasmələr azalır;
  • qırışlar yox olur


Mezorollerin üstünlüyü:

  • ev şəraitində istifadənin mümkünlüyü;
  • ağrısızlıq;
  • münasib qiymət;
  • istifadənin təhlükəsizliyi;
  • dəfələrlə istifadə oluna bilən alət


0.5 mm-lik iyənələri olan mezoroller

  • göz ətrafındakı nahiyəyə uyğun gəlir;
  • üz rəngini yaxşılaşdırır;
  • üzdəki kiçik qırışları götürür;
  • sızanaq, çox dərin olmayan çapıqlar, üzün kiçik nahamarlıqlarını götürür;
  • dərinin nəmlənməsini yaxşılaşdırır;
  • üz dərisini yüngül tarımlaşdırır;
  • saç tökülməsinin qarşısını alır;
  • kəllə dərisində qan dövranını yaxşılaşdırır;
  • yeni saçların böyüməsini stimullaşdırır


1-1.5 mm-lik iynələri olan mezoroller

  • göz ətrafındakı nahiyəyə uyğun gəlmir;
  • üz rəngini yaxşılaşdırır;
  • üzdəki kiçik qırışları hamarlaşdırır;
  • dərin çapıqları, sızanaq izlərini, üz dərisindəki nahamarlıqları aradan qaldırır;
  • məsamələri daraldır;
  • üz dərisini effektiv dartır;
  • buxağı kiçildir


2-3 mm-lik iynələri olan mezoroller

  • üzə yararlı deyil;
  • dərinin alt qatlarına daxil olur;
  • bədənin müxtəlif hissələrində sellülit və çatları aradan götürür

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо