Makiyajın düzgün silinməsi

Makiyajın silinməsi ilk baxışda çətin iş deyil. Lakin, onun qaydalarının pozulması tez-tez mənfi nəticələrə səbəb olur. Makiyajın səhv silinməsi dərinin vəziyyətinə pis təsir edir. Demakiyaj üçün vasitələrin seçilməsi kosmetik vasitələrin seçilməsi qədər vacibdir.

Demakiyaj prosesi səliqəli ardıcıl olmalıdır. Bu məqalədə sizə makiyajı düzgün silmək üsulundan danışacağıq. 

Makiyajı silmək üçün pambıqdan yox, pambıq disklərdən istifadə etmək lazımdır. Çünki süd və ya losyonla islandıqda pambıq aralanır və onun hissəcikləri dəriyə yapışırlar. 

Təmizləyici vasitələri – geli, köpüyü, südü, losyonu bir sıra amilləri - dəri növünü, yaşı, dərinin vəziyyətini və s. nəzərə almaqla seçmək lazımdır. 

Demakiyaja dodaqlardan - dodaq boyası və parıltını silməkdən başlamaq məsləhətdir. Təmizləyici vasitəni pambıq diskinə sürtürük, sonra isə asta şəkildə, səliqəli hərəkətlərlə dodaq boyasını dodaqların kənarından ortasına doğru silirik. 

Növbəti mərhələ gözdən makiyajın silinməsidir. Bu makiyajın ən çətin mərhələsidir. Makiyajı ehtiyatla, təmizləyici basitənin gözə düşməsindən qorumaqla silmək lazımdır. Gözdə kölgə varsa,. onları burnun üst hissəsindən gicgahlara doğru silmək lazımdır. 

Tuşu kirpiklərin kökündən uclarına doğru hərəkətlə silməlisiniz. Tuşun silinməsi üçün daha bir yoxlanılmış üsul var. Bunun üçün sizə pambıq çubuqlar lazım olacaq. Gözləri yumuruq, kirpiklərin altına pambıq disk qoyuruq, üzərində təmizləyici vasitə olan pambıq çubuqlarla isə tuşu silirik. 

Üzdəm makiyaj sonuncu olaraq silinir. Tonal krem və ya kirşanı köpüyün, gelin və ya musun köməyi ilə yuyunma vasitəsilə və ya süd və losyonla silirlər. Təmizləyici vasitə pambıq diskinə sürtülür, sonra isə rəvan dairəvi hərəkətlərlə üzün dərisi təmizlənir. 

Makiyajı səliqə ilə üz üçün təbii istiqamətlərdə dərini çox dartmayaraq silmək lazımdır ki, erkən qırışlar əmələ gəlməsin. 


Makiyajı silmək üçün vasitələr


Makiyajı silmək üçün mayələr. Bura toniklər, losyonlar və miselyar su aid edilir. Onlar kosmetikanı yağlı mayeklərdən pis silirlər, lakin yenə də zərif cinsin nümayəndələri arasında böyük populyarlığa malikdirlər. Çünki dıriyə təmizlik və təravət hissi verirlər və özlərindən sonra yağlı təbəqə qalmır.

Süd, krem. Bunlar süd və yaxud daha qatı məhlul şəklində təmizləyici vasitələrdir. Onların tərkibində çoxlu sayda nəmləndirici komponentlər var ki, bu da quru dəri üçün idealdır. 

Gellər, köpüklər, muslar. Bu vasitələr makiyaj və gün ərzində dəridə əmələ gələn yağla tozun qarışığını silirilər. Quru və həssas dəri üçün qəti məsləhət görülmür, çnki onu bir az da qurudur. 

Makiyajın silinməsi üçün salfetlər. Səyahəti xoşlayanlar üçün əvəzedilməz bir şeydir, lakin gündəlik istifadə üçün məsləhət görülmür. Sabit kosmetika silməkdə çətinlik çəkir. 

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо