Kimisə ana təbiətimiz düz saçlarla, kimisə isə buruq və yaramaz saçlarla mükafatlandırdı. Buruq saçlar, bir qayda olaraq, daha çox diqqət tələb edir və fiksasiya olunmayanda çox səliqəsiz görsənir.
Bu gün sizə gözəl buruq saçlar yaratmaq üçün ən məşhur məhsullardan danışacayıq.
Buruq saçlar yaratmaq üçün ən populyar məhsullar
Schwarzkopf Taft Curl Mousse saç üslubu üçün muss
Bir məhsuldan qıvrımlarınızın sabitləməsini gözləyirsinizsə, o zaman bu mussa mütləq ehtiyacınız var! Muss-köpük asanlıqla tətbiq olunur, qıvrımları sabitləyir, onları daha səliqəli edir.
Urban Care Twisted Curls buruq saçlar üçün krem
Şi yağı və hibiskus ekstraktı ilə zənginləşdirilmiş krem mükəmməl nəmləndirir, sabitləyir və buruq saçları elektriklənmədən azad edir. Krem yarandığı gündən əsl bestseller oldu!
Elidor buruq saçlar üçün krem
Türk istehsalçıdan Elidor kremi saçlarınızda 24 saat nəzarətinizdə olan gözəl və yumşaq qıvrımlar yaradacaq.
Pantene qıvrım saçlar üçün krem
Krem qıvrımları mükəmməl şəkildə sabitləyir, həftədə 7 dəfə 24 saat tüklənməsinin qarşısını alır. Ultra kremli formula saçları statik təsirdən qoruyur, itaətsiz saçları sakitləşdirir.
L’Oreal Dream Long qıvrımlar üçün köpük
Köpük saçları elektriklənmədən qoruyur və 48 saata qədər qıvrımları düzəldir. Quru, uzun və zədələnmiş saçlar üçün mükəmməl tapıntı!
Estel more Therapy qıvrımlar yaratmaq üçün dəniz duzulu spreyi
Əgər yaramaz qıvrımların sahibisinizsə, Estel dəniz duzu spreyi bu məsələdə sizin üçün köməkçi ola bilər. Sprey saç üzərində dəniz qıvrımlarının təsirini yaradır, qıvrımları sabitləyir. Mükəmməl tutma ilə yanaşı, saçları yüksək temperaturdan da qoruyur!
Urban Care Twisted Curls buruq saçlar üçün sprey
Yuyulmayan sprey kondisioner qıvrımları nəmləndirir və sabitləyir, onların daranmasını asanlaşdırır. Sprey həmçinin saçları ultrabənövşəyi şüalardan qoruyur.