Tonal krem tonu bərabərləşdirmək, dəri qüsurlarını gizlətmək üçün nəzərdə tutulub və təbii ki, istənilən makiyajın əsas komponentidir. Heç bir əsl zövqlü xanım gündəlik rutinini tonal kremsiz təsəvvür edə bilmir.
Əgər əvvəllər tonal krem dəri üçün “çox faydalı olmayan”, "məsamələri bağlayan", "qırışları təhrik edən" bir şey hesab olunurdusa, bu gün örtücü vasitə ilə yanaşı, həm də əla qulluq məhsuludur. Bu gün tonal kremlərin əksəriyyətinə ya dəyərli yağlar, ya vitaminlər, ya da nəmləndirici serumlar, hətta hamısı birlikdə əlavə olunur.
Tonal krem əziz müştərilərimizin sevimli məhsulu olduğundan, biz sizin üçün gündəlik istifadə üçün yarayan ən yaxşı 10 büdcəli tonal krem siyahısını hazırlamağa qərar verdik.
10 ən yaxşı büdcəli tonal krem
Enough Collagen Moisture Foundation SPF 15
Sensasiyalı Enough Collagen tonal kremi dərini nəmləndirməyə cavabdeh olan kollagen və hialuron kimi komponentlərindən ibarətdir. Hər hansı bir Koreya kosmetik məhsulu kimi, dəri tonuna asanlıqla uyğunlaşır. Həmçinin günəşdən qoruyuculuğa SPF 15 malikdir.
Onlayn almaq
Rimmel Lasting Finish Foundation
Zamanında çox səs-küy yaradan tonal krem bu günə qədər öz aktuallığını itirməyib və dünyanın bir çox ölkələrində mağazalarda demək olar ki, bestseller olaraq qalır. Krem yüksək örtücülük dərəcəsinə və 25 saata qədər qalıcılığa malikdir.
Onlayn almaq
Missha Velvet Cushion SPF 50+ PA+++
Bu gün sadəcə olaraq rəflərdə ən tez bitən bu gözəl kuşona biganə qalan yoxdur. Yüngül tekstur, əla örtücülük, gözəl mat finiş, bərabər yayılma imkanı, il boyu günəşdən qorunma... Bəli, bunlar hamısı sevimli Missha kuşonuna aiddir!
Onlayn almaq
Makeup Revolution Conceal & Define Foundation
İstənilən cins, istənilən yaş, istənilən büdcə üçün Makeup Revolution brendindən Conceal & Define Full Coverage Foundation.
Yüngül, hiss olunmayan, lakin qüsurları mükəmməl şəkildə gizlədən bu tonal krem onu bütün dəri tipləri üçün ideal edir.
Onlayn almaq
Maybelline Superstay 30HR Foundation
Maybelline-dən qalıcı tonal krem xanımlar üçün əsl tapıntıdır! Krem yüngül teksturaya malikdir, dəridəki qaralıq və nahamarlıqları mükəmməl örtür, mat bitişliyə malikdir, 30 saata qədər qalıcılıq təmin edir.
Onlayn almaq
Topface Instyle Perfect Coverage Foundation
Türk istehsalçısı Topface-dən məşhur tonal krem yalnız şərq gözəllərinin deyil, həm də Avropanın bütün gözəl nümayəndələrinin qəlbini fəth etdi.
Xüsusi hazırlanmış formula gün ərzində yüksək örtücülük və qalıcılıq təmin edir. Tərkibindəki zəngin minerallar dərini nəmli saxlasa da, palma palmariyası ekstraktı yorğun dərinin əlamətlərini azaltmağa və ona daha canlı görünüş verməyə kömək edir.
Onlayn almaq
Belor Design Nude Harmony Foundation
Dəri ilə harmoniyada olmaq istəyənlər üçün ideal tonal krem!
Mükəmməl görünüş yaratmaqla yanaşı, məhsul istənilən dəri tipinə uyğunlaşır, T zonasını matlaşdırır və üzün digər nahiyələrini nəmləndirir, unikal “ikinci dəri” effektinə nail olmağa imkan verir.
Onlayn almaq
Enough Rich Gold Double Wear Radiance Foundation SPF 50+ PA+++
Qızıl hissəcikləri olan tonal krem həm gənc qızlar, həm də yaşlı qadınlar üçün uyğundur. Krem yüksək örtük dərəcəsinə malikdir, dəri tonuna mükəmməl uyğunlaşır, dərini ultrabənövşəyi şüalardan qoruyur SPF 50+
Onlayn almaq
Maybelline Fit Me Matte + Poreless Foundation
Təqdimata ehtiyacı olmayan bir tonal krem!
СMəsamələri görünməz edən və matlaşdıran dəriyə uyğun məhsul.
Fit Me tonal kremi gün boyu qalır, ultra yüngül və dəridə nəfəs ala biləcək formula malikdir.
Onlayn almaq
Rimmel Match Perfection Foundation
Bu tonal krem dəri tonuna mükəmməl uyğunlaşır və qeyri-bərabərliyi gizlədir.
Yüngül, nəmləndirici, dəridə demək olar ki, görünməzdir!
Vasitə təravətli, sağlam parıltı üçün sapfir mavi piqmentlərdən, nəmləndirici E vitamini kompleksi və SPF20-dan ibarətdir.
Onlayn almaq