Bayram ərəfəsində təlaş içərisində yadımıza düşür ki, sevdiyimiz xanım üçün hələ hədiyyə almamışıq. Vaxt azalır və biz hədiyyə haqda fikirləşməyə başlayırıq.
Bayram ərəfəsində sevdiyimiz xanım üçün hələ hədiyyə almadığımız təlaş içərisində yadımıza düşür.Vaxt azalır və biz özəl 14 fevral hədiyyəsi axtarmağa başlayırıq. Sevdikləri xanımın zövqüncə hədiyyə tapmağın çox çətin iş olması ilə bütün kişilər razılaşır.Amma fikir etməyin,çünki müasir dəbli byuti yenilik və kosmetik element hər xanımın zövgünü oxşayacaq. Kosmetik vasitənin düzgün seçilməsi 100% hədəfə düşmək deməkdir. Əzizinizə uyğun rəngdə seçdiyiniz hədiyyə ona hədsiz sevinc bəxş edəcək. Günümüzdə hər bir xanım dəbli kölgə dəstinin və ya gözəl dodaq boyasının sahibəsinə çevrilmək istəyər.
14 Fevral üçün Hədiyyə
Odur ki, biz hər bir xanımı sevindirəcək, zəruri və gündəmdə olan 20 kosmetik vasitəni seçib sizlərə təqdim edirik.
1. "Kylie Cosmetics"-dən The Royal Peach Palette ğöz kölgəsi dəsti
Çox az bir müddətdir ki, stil ikonası və gənclərin sevimlisi Kayli Cenner öz pərəstişkarlarını The Royal Peach Palette göz kölgəsi dəsti ilə sevindirdi. Bu dəstdə ən dəbdə olan rəng və rəng çalarları cəmləşmişdir. Sizin sevdiyiniz xanıma bu dəstin sahibəsi olmaq çox yaraşacaq.
2. "Maybelline Gold Rush Ecstasy" Dəsti
Maybelline Gold Rush Ecstasy istifadədə rahat qutuda bir neçə kosmetik vasitəni cəmləşdirən bir dəst şəklində təqdim olunmuşdur. Dəsti göz üçün kolgə (teni), dodaq üçün parıltı (blesk), ənlik (rumyana) və makiyaj üçün xüsusi fırça təşkil edir. Əmin ola bilərsiniz, bu hədiyyədən sonra siz daha çox seviləcəksiniz. ;)
3. "The Balm Mary-Lou Manizer" haylayteri
Hələ xəbərdar deyilsinizsə, sizi məlumatlandıra bilərik ki, 2017-ci ildə ən trend kosmetik məhsul haylayter olacaq. Bəli, məhz haylayter, yəni aydınlaşdırıcı. Qoy sevgiliniz sizinlə görüşdə parlaq olsun.
Onlayn almaq
4. "Too Faced Sweet Peach" göz kölgəsi dəsti
Bu dəst dünya bloqqerlərinin, ən məşhur vizajistlərin və bütün dunya xanımlarının absolut favoritidir. Xəfif albalı çalarlar gözlərdə həm ideal görünür, həm də valehedici albalı qoxuludur. Belə dadlı hədiyyə hər bir xanımın ürəyincə olacaq.
5. "Gerard Cosmetics"-dən parıltısız dodaq boyası
Amerika brendi olan Gerard Cosmetics byuti-bazarlarına yeni gəlmişdir və müasir dəblə uyğunlaşan hər xanım bu ultra dəbli boyanı tanıyır. Əla keyfiyyət, dəbli çalarlar və yuksək qalıcılıq bir flakonda.
6. "BH Cosmetics"-dən Neon Pink fırça dəsti
Bildiyimiz kimi, makiyaj üçün fırçalar 90% xanımın zəif cəhətidir. Çünki xanımlar hər zaman makiyajı daha da təkmilləşdirməyə çalışır, bu isə uyğun fırça dəsti olmadan mümkün deyil. Bu xoş görkəmli çəhrayı fırçalar bir xanımı da laqeyd qoymaz.
7. Baxım üçün maska "L’Oreal Pure-Clay Mask"
Bu gün hər qadın hər bir şəraitdə valehedici görünmək istəyir. Başqa kosmetikadan imtina etmək olar, lakin üz üçün baxım məhsullarınından yox. Çünki üzümüz bizim vizit kartımızdır, həmişə təmiz və sağlam görünüşlü olmalıdır.
8. "Urban Decay Naked Ultimate Basics" göz kölgəsi dəsti
Urban Decay Ultimate Basics dəstinin tərkibindəki bütün rənglər hər gün istifadə ediləcək. Keyfiyyətin yüksəkliyi qiymətə təsir etsə də, bu dəsti almamaq günah olardı.
9. Kontur dəsti "Catrice Allround Contouring"
Konturinq texnikası hələ 20-ci əsrin əvvəllərində yaranmışdır. Bu dönəmdə hollivud ulduzları kosmetik vasitələrin köməyilə üzün ağ qara ekranda ideal görünməsi üçün, müəyyən nahiyəsini tündləşdirib, digər nahiyəsinin rəngini açırdılar. Bu gün isə, bu effekti əldə etmək üçün Almaniya brendi olan Catrice Cosmeticsdən Allround Contouring kontur dəsti mövcuddur. Əziziniz bu cür müasir makiyajı sərbəst etmək istəyirsə,hökmən onu bu dəst ilə sevindirin.
10. "BH cosmeticsdən 28 Color Neutral Eyes" Göz kölgəsi dəsti
Sayrışan, əlvan, məxməri 28 rəngdən ibarət bu dəst gündəlik gözəl makiyaj üçün əvəzedilməzdir. Qoy xanımız 28 Color Neutral Eyes ilə zərif, eleqant və təbii görünsün.
11. Qlitter dəsti "Dazzlize Glitter Queen"
Bəli, növbə son mövsümün satış birincisi və meqa dəbi-qlitterə çatdı. Bilirik ki, bu il parıltılı, sayrışan makiyaj dəbdədir. Qlitterli Dazzlize göz kölgəsi heyrətamiz parıltı və qalıcılıq rekordunu qırmışdır. Buna görə də, qlitterli Dazzlize göz kölgəsi müasir xanım üçün çox uyğun seçimdir.
12. Parıltısız Bronzer "Nyx"
Sizin əziziniz qaralma və solyari həvəskarıdır? Onda ona bu işdə kömək edin. Parıltısız Nyx Bronzeri ilə sizin xanımınız həmişə zaqar almış və xoşbəxt olacaq.
13. "Anastasiya Beverly Hills" krem kontur dəsti
Yanaqları gözəgəlimli, alın və çənə nahiyəsini daha zərif, burnu incə göründürən Anastasia Cream Contpour Kit sadəcə ideal hədiyyədir. Yumşaq və məxməri tərkibdə olan krem üzdə bərabər qaydada yayılır və üzə təbii parlaqlıq və nəcib görünüş verir. Məşhur anastasia Beverly Hillls brendindən Konturinq və haylaytinq üçün Cream Contour dəsti özündə 6 neytral çalar cəmləşdirmişdir. Üzün gözəl cizgilərini qabardır və ya korreksiya edir, çəkilişdə rahatdır və ləkə buraxmır. Bayrama bundan gözəl hədiyyə?
14. Tonal krem "Urban Decay All Nighter"
Bu tonal krem nəinki çox qəşəng hədiyyə, həm də həmişə heyrət doğuran görünüş imkanıdır. Bu imkanı sevgilinizə hədiyyə edin.
15. "Carli Bybel" göz kölgəsi və haylayter dəsti
Byuti-bloqqer Carli Bybelin təqdimatında bu dəst, özündə bir-biri ilə ideal uyğunlaşan 10 isti çalarlı kölgə və 4 haylayter cəmləşdirir. Münasib qiymət və üstün keyfiyyət məhz bu hədiyyəni almağa xoş bir səbəbdir.
16. "Anastasia Bevery Hills brendindən That Glow" haylayter dəsti
Hər gün dünyada həm duru, həm quru, həm də krem şəklində çox müxtəlif haylayterlər istehsal olunur. Ancaq Anastasia Beverly Hills təkrarolunmaz və ən məşhurudur. Dəstdə təqdim olunmuş çalarlar bir-birilə ideal uyğunlaşır və üzdə görünməz yayılır, tonal kremin istifadəsinə ehtiyac qalmır. Bu hədiyyə sevdiyiniz qızın xoşuna gəlməyə bilməz.
17. "Huda Beauty" parıltısız mat dodaq boyası
Huda Kattanın təqdimatında Huda Beauty boyası müasir qızların əsil favoritidir. Çox xoş tərtibat, dəbli rəngi, dadlı qoxusu və əla keyfiyyəti birinci görürünüşdən valeh edir. Bayrama çox gözəl hədiyyə ola bilər.
Onlayn almaq
18. "Morphe" Professional kölgə dəsti
Morphenin bütün dünyada yüksək piqmenliliyinə, çox miqdarda rəng müxtəlifliyinə və uyğun qiymətinə görə seçilir. Hər xanımın ürəyincə olacaq Morphe Brushes-dan göz kölgəsi dəsti Sevgililər günü üçün gözəl və özəl hədiyyədir.
19. "Anastasia Beverly Hills" parıltısız dodaq doyası
Anastasia Beverly Hills dodaq boyaları satışda çoxdan movcuddur və zərif cinsin nümayəndəlirinin ən çox sevdiyi vasitədir. Bu dodaq boyaları həm ziyafət, həm də gunlük makiyaja ideal yaraşır.
20. Haylayter Dəsti "Anastasia Beverly Hills Moonchild"
Beləliklə, siyahını Anastasia Suaredən ultradəbli haylayter dəsti tamamlayır. Təqdim olunmuş haylayteri həm üzə, həm də bədənə çəkmək olur.
Özəl gün yaxınlaşır və hədiyyə seçiminə vaxt az qalıb. Ümidvarıq ki, bizim bu məqaləmiz sizin xoşunuza gəldi və biz, az da olsa sizə bu çətin işdə kömək etmiş olduq. ;)